Rasim Balayevin bir gözü tutulub - YENİLƏNİB

Rasim Balayevin bir gözü tutulub - YENİLƏNİB
calendar 6 dekabr 2012
clock 10:14


Xalq artisti Rasim Balayev bu günlərdə gözündən əməliyyat olunacaq.

Aktyorun Kulis.az-a verdiyi məlumata görə “Sübhün səfiri” filminin çəkilişlərində sağ gözündə problem olduğunu hiss edibmiş: "Əvvəl gözümün qarşısını alan tor arada çəkilirdisə, indi çəkilmir. Həmin gözüm demək olar ki, görmür. Yalnız tor görürəm. Hövsələm bir tikə olub. Əhval-ruhiyyəm də pozulub. Getdim həkimə, dedi ki, əməliyyat olunmalıdır. Narahatlıq üçün əsas yoxdur. Gözümə mirvari suyu gəlib, həkim deyir on dəqiqənin içində həll olunacaq və gözlərim görəcək.”

Əməliyyat gələn həftəyə planlaşdırılıb.

Sevimli sənətkarımıza şəfa diləyir və keçmiş olsun deyirik.

Xalq artisti Lent.az-a açıqlamasında bildirib ki, bir müddət öncə gözündə problem yaransa da, artıq hər şey qaydasındadır: “Gözümdə ağrılar başlamışdı. Mirvari suyu gəlirdi. Bu, çox adamlarda rast gəlinən haldır. Həkimlər iki dərman yazdılar. Onu gözümə tökürdüm. İndi keçib gedib. Həkimlər bildirdilər ki, zərurət yaranarsa, katarakta cərrahiyyəsi həyata keçirəcəklər. Amma hazırda əməliyyat olunmağım mütləq deyil”.

Qeyd edək ki, bu gün xalq artistinin bir gözünün tutulması və gələn həftə əməliyyat olunması ilə bağlı xəbərlər yayılıb.

Ramilə QURBANLI

# 3352 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news