Yapon əsgərin yerinə intihar edən azərbaycanlı

Yapon əsgərin yerinə intihar edən azərbaycanlı
calendar 4 noyabr 2017
clock 09:00

Kulis.az “Naməlum kino” layihəsində Sergey Ratnikovun 1990-cı ildə çəkdiyi “Yapon” və yaponiyalı” qısametrajlı bədii filmini təqdim edir.

Əhvalat İkinci Dünya Müharibəsi zamanında baş verir. 1944-cü il Okinavada (Yaponiyanın Ryukyu arxipelaqının ən iri adası- S.S.) bir qrup yapon təyyarəçi-kamikadze növbəti döyüşə çıxır. Onlara öz ölkələrinin gələcəyi, imperator uğrunda şəhid olmaq tapşırığı verilir.

Ağır döyüş zamanı təyyarəçilərdən biri (Eduard Pak) tapşırığı yerinə yetirə bilmir, istiqaməti itirir. O, paraşütlə tullanaraq Nardaranda balıqçılar qəsəbəsinin yaxınlığındakı dənizə düşür. Bu zaman dənizdə balıq tutan Gülbala (Davud Davudov) ilə rastlaşır. Qəsəbədə qıyıq gözlərinə görə “yapon” adlandırılan Gülbala onu xilas edərək evə gətirir.

Təyyarəçi Gülbala və onun kor anası (Lətifə Əlieyva) ilə birlikdə yaşamağa başlayır. O, tapşırığı yerinə yetirə bilmədiyi üçün əziyyət çəkir, hər dəfə xarakiriyə cəhd edəndə Gülbala və anası ona mane olur.

Gülbalanın qəsəbədə yerli avtoritetlə (Ömər Nağıyev) ciddi problemi var. O, gəncə onun ərazisində balıq tutmağı qadağan eləyir. Gülbala ipə-sapa yatmayanda onu döyür. Sonra Gülbalanın yapon dostu avtoritetdən onun qisasını alır.

Bir tərəfdən də Nardaranda yapon casusunun olması haqda Dövlət Təhlükəsizliyi Komitəsinin nümayəndəsi Məlik Babanova (Oqtay Ağayev) məlumat daxil olur. Ona əmr verilir ki, məsələ Stalinin nəzarəti altındadır, yapon casus tutulmalıdır.

Qəsəbəyə gələn təhlükəsizlik xidmətinin əməkdaşları araşdırma aparır. Onlara yapon ləqəbli Gülbalanı nişan verirlər. Gülbala həbs olunur, işgəncələrə məruz qalır. Sonda məlum olanda ki, Gülbala azərbaycanlıdır, o sərbəst buraxılır.

Bu arada yapon xarakiri etməyə qərar verir və anasına ölümqabağı məktub yazır. Məktub təhlükəsizlik komitəsinin əlinə keçir. Məlik Babanov silahlı dəstə ilə Nardarana Gülbalanı tutmaq üçün gəlir. Gülbala ələ keçməmək üçün xarakiri edir.

Çarəsiz qalan yapon bundan sonra Gülbalanın anasının yanında qalır, ona təsərrüfatda kömək edir. Ana isə yaponun Gülbalanın adından yazdığı məktubları oxuyaraq oğlunun yaşadığına inanır.

Vaqif Mustafayevin ssenarisi əsasında çəkilən film qrotesk elementlərinin yer aldığı tragikomediyadr. Dram, faciə, yumor qatları dramaturji materialda bir-birini ahəngdar şəkildə tamamlayır. Filmin əvvəlində kamikadzelərə “Müqəddəs sınaq vaxtımız gəlib çatıb. Gündoğan ölkənin gələcəyi naminə, imperator uğrunda şəhid olun” əmrini verən zabitin onlar havaya qalxmamış təyyarə yanında təbii ehtiyaclarını ödəməsi kadrı ilə əmrin müqəddəsliyi şübhə altına alınır, vəziyyətin dramatizmini yumşaldılır.

Bu cür kadrlar filmdə yetərincədir.

Üstəlik, xarakiri ritualı da əhvalatda həm dramatik, həm yumoristik qatda işlənib.

Filmin ideyası budur ki, düşmən cəbhələrdə olmasına rəğmən insanları birləşdirən ümumi dəyərlər daha güclüdür.

Yapon rolunun ifaçısı Eduard Pak, Şimali Koreya əsilli özbək-qazax aktyorudur. O, 1962-ci ildə Özbəkistanda doğulub.

Filmin “Debüt” studiyasında lentə alınıb. Operatorlar Kənan Məmmədov, Fikrət Əsgərov, bəstəkar Əli Babayevdir.

“Yapon” və yaponiyalı” Sergey Ratnikovun rejissor kimi ilk işidir.

# 1937 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news