Qarabağ haqda büdcəsiz film çəkilir - Fotolar

Qarabağ haqda büdcəsiz film çəkilir - Fotolar
calendar 4 sentyabr 2019
clock 11:43

Qarabağ mövzusunda yeni film çəkilir.

Kulis.az-ın verdiyi xəbərə görə, “Açar” adlanan qısametrajlı bədii filmin çəkilişləri artıq bitib.

"Epik" Prodakşn və "OB Film"in birgə istehsalı olan filmin ssenari müəllifi və rejissoru Elşad Ərşadoğlu, quruluşçu operatoru Cavid Delee, quruluşçu rəssamı Arif Niftiyevdir. Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Yusif Şeyxov, Hüseyn İsgəndərov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl çəkiliblər.

Yataqxanada yaşayan məcburi köçkün ailənin həyatından bəhs edən film dram janrındadır. Hadisə işğaldakı evin açarının itməsi üzərində qurulub.

“Ailə bunu böyük faicə kimi qəbul edir, çünki, bu açar onların ümididir. Evin açarı keçmişdən xatirə yox, həm də “Qapını bağlayıb gəlmişəm” kimi toxtaqlıqdır.” - deyə rejissor Kulis.az-a açıqlamasında söyləyib.

“Bu film dövlət sifarişi deyil, müstəqil layihədir və tamamilə büdcəsiz başa gəlib. Orada çalışan texniki və yaradıcı heyət – aktyorlar, texniki işçilər - təmənnasız işlədi, lazım olan texnikanı bizə “Epik” prodakşn pulsuz verdi. Bu, elə mövzudur ki, insanlara toxunur. Məncə, mövzu filmin büdcəsiz başa gəlməsinə təsir etdi. Məlum oldu ki, texniki və yaradıcı baxımdan filmə dəstək olanların arasında eynən filmdəki kimi işğaldakı evinin açarını saxlayanlar var. Bəzi insanlar ideyanı eşidən kimi, özləri əlaqə saxlayıb dəstək olmaq istədi.”

“Açar” rejissor kimi Elşad Ərşadoğlunun ilk filmidir və rejissor filmi festivallara təqdim etmək niyyətindədir:

“Mən əhvalatı mümkün qədər lokallıqdan çıxarmağa, ümumiləşdirməyə çalışmışam ki, o, xarici tamaşaçıya da yaxın olsun. Bu, əlindən alınmış evinə qayıtmaq istəyən adamın, həsrəti, faciəsidir”.

25-30 dəqiqə nəzərdə tutulan film hazırda post-prodakşn mərhələsindədir. Rejissor yaxın zamanda filmlə bağlı bütün işləri tamamlamağı planlayır.

# 2574 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news