Fuad Poladovun tamaşaları repertuardan çıxarıldı

Fuad Poladovun tamaşaları repertuardan çıxarıldı
calendar 31 oktyabr 2016
clock 11:55

Fuad Poladovun Akademik Milli Dram Teatrı səhnəsində oynadığı üç tamaşa “Şah Qacar”, “Boy çiçəyi”, “Müsyo İbrahim və Quran çiçəyi” tamaşaları repertuardan çıxarılıb. Kulis.Az-n verdiyi məlumata görə bu tamaşaların heç biri teatrın noyabr ayı üçün elan etdiyi repertuara salınmayıb.

Kulis.Az-ın bu barədə sorğusunu cavablandıran teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bunları deyib: "Fuad Poladov Akademik Milli Dram Teatrının repertuarında olan “Şah Qacar”, “Boy çiçəyi” və “Müsyo İbrahim və Quran çiçəyi” tamaşalarında dublyorsuz oynayıb. Teatr rəhbərliyi oktyabrın 28-də verdiyi açıqlamasında bir daha bildirib ki, Fuad Poladov Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı dayandırmaq haqqında rəsmi müraciət etməyib. Xalq artisti mətbuata verdiyi açıqlamada işdən getdiyini təsdiqləsə də, rəsmi şəkildə ərizə yazmayıb. İstənilən halda, əgər bu əməkdaşlıq başa çatıbsa, deməli, hər üç tamaşanın gələcək taleyi sual altında qalıb. Fakt ondan ibarətdir ki, noyabr repertuarına sözügedən tamaşaların heç biri daxil edilməyib. Səhnə əsərlərinin sonrakı həyatı haqqında qərar verməyə Akademik Milli Dram Teatrının Bədii Şurası və rəhbərliyi səlahiyyətlidir. Tamaşa repertuardan Bədii Şuranın qərarı ilə çıxarılır. Bədii Şuranın isə hələlik belə bir qərarı yoxdur”.

# 1093 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news