İyunun 28-i saat 17-də Nizami Kino Mərkəzində görkəmli İran rejissoru Məcid Məcidinin “Məhəmməd: Allahın elçisi” filmi təqdim olunacaq.
Kulis.azın verdiyi xəbərə görə, İran Mədəniyyəti Günləri çərçivəsində nümayiş olunacaq film hələ çəkilişləri bitməmiş xeyli səs-küy salmışdı.
Belə ki, İslam tarixində ilk dəfə olaraq bu filmdə peyğəmbərin siması göstərilir.
- Xalq yazıçısı Anar “Yaşayan ədəbi dəyərlər” medalı ilə təltif edildi
- "Onun ayağında bir tay corab vardı..." - Hüseyn Cavidin məzarı necə tapılmışdı?
- Pink Floyd qrupu musiqi kataloqunu satdı
Bunun üçün İran din xadimlərinin məxsusi razılığı alınmışdı.
Filmdə əsasən Məhəmməd peyğəmbərin körpəlik və uşaqlıq vaxtları təsvir edilir.