Berlin festivalının baş mükafatını azərbaycanlı aldı

Berlin festivalının baş mükafatını azərbaycanlı aldı
calendar 15 fevral 2015
clock 18:16

Milliyyətcə azərbaycanlı olan İran rejissoru Cəfər Pənahi “Taksi” filminə görə Berlin kinofestivalının baş mükafatını – “Qızıl ayı”nı qazanıb.

Kulis.az festivalın rəsmi saytına istinadən xəbər verir ki, Rumın rejissoru Radu Cud “Aferim!” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında mükafatlandırılıb. Polyak rejissoru Malqojata Şumovskaya “Bədən” filminə görə eyni nominasiyada gümüş ayı alıb.

Tom KortniŞarlotta Remlinq ingilis rejissoru Endryu Xeyin “45 yaş” filmində ən yaxşı kişi və ən yaxşı qadın roluna görə mükafatylandırılıblar.

Aleksey German (kiçik) “Elektrik buludları altında” filmindəki işinə görə, ən yaxşı operator işi nominasiyasının qalibi olub. Eyni nominasiyada alman rejisoru Sebastyan Şipperin “Viktoriya” filmindəki işinə görə, danimarkalı operator Sturla Brandt Qreven də mükafatlandırılıb.

Ən yaxşı ssenari nominasiyasının qalibi çili rejissoru Patrisia Quzman (“Şəffaf düymə” sənədli filmi) olub.

Jürinin xüsusu mükafatı isə "Klub" filminə görə Argentina rejissoru Pablo Larrayna verilib.

Qeyd edək ki, baş mükafat qazanan soydaşımız Cəfər Pənahinin "Taksi" filmi avtomobilin interyerində, az qala videoreqistrasiya kamerası ilə çəkilib. Sükan arxasında isə rejissor özüdür. Film sürücü ilə təsadüfi sərnişinlərin söhbəti ilə davam edir.

Cəfər Pənahiyə İranı tərk eləmək qadağan olunduğundan heykəlcik rejissorun filmdə oynayan bacısı qızı Xane Seidiyə təqdim edilib.

# 1107 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news