"Azdrama"da Əliheydər Ələkbərovun yubileyi keçirilib

"Azdrama"da Əliheydər Ələkbərovun yubileyi keçirilib
calendar 4 fevral 2016
clock 11:19

Fevralın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor Əliheydər Ələkbərovun 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan yubiley tədbirinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərlidir.

Gecədə Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət bildirib ki, Ə. Ələkbərovun teatr fəaliyyəti Azərbaycan mədəniyyətinin zənginləşməsinə səbəb olub: “Əliheydər Ələkbərov gözəl insan, gözəl pedaqoq və istedadlı rejissor idi. Mən Əliheydər müəllimin ailəsi ilə çox yaxın idim, biz bir yerdə çalışırdıq və ortaq tələbələrimiz bu gün də fəaliyyət göstərir, səhnədə çıxış edirlər. Onu hər zaman rəhmətlə, sayğı ilə anırıq. Əliheydər müəllimin əziz xatirəsi Akademik Milli Dram Teatrında hər zaman yaşayacaq”.

Xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov, əməkdar artist Əli Nur və başqaları Ə. Ələkbərovun həyat və yaradıcılığından danışıb, onun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs ediblər.

Tədbirdə Ə. Ələkbərovun quruluş verdiyi “Almaz", “Göz həkimi” tamaşalarından parçalar nümayiş olunub.

Qeyd edək ki, Ə. Ələkbərov 1915-ci il iyulun 26-da anadan olub. Yaradıcılığı əsasən Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1960-1967-ci illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib. O, 1975-ci il martın 3-də vəfat edib.

# 1043 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news