Litvada “Əli və Nino” filminin təqdimatı keçirilib

Litvada “Əli və Nino” filminin təqdimatı keçirilib
calendar 24 noyabr 2017
clock 09:56

Azərbaycanın Litvadakı səfirliyinin təşkilatçılığı ilə noyabrın 22-də Vilnüs şəhərində “Əli və Nino” filminin təqdimatı keçirilib.

Səfirlikdən APA-ya daxil olmuş məlumatda bildirilir ki, Litva Milli Kitabxanasının kino zalında təşkil olunmuş mərasimdə ölkə parlamentinin üzvləri, xarici işlər nazirliyinin əməkdaşları, səfirlər, diplomatik korpusunun nümayəndələri, incəsənət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri, jurnalistlər və Litvada təhsil alan tələbələrimiz iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Həsən Məmmədzadə Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmiş ekran əsərinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən və gələn il 100 illiyini qeyd edəcəyimiz müsəlman Şərqində ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs etdiyini vurğulayıb.

Səfir azərbaycanlı Əli ilə gürcü qızı Nino arasında yaranmış sevgi və onların müstəqil Azərbaycan uğrunda həmrəylikləri təsvir edilmiş filmin Litvada göstərilməsini əlamətdar hadisə adlandırıb və bunu 2010-cu ildə litva dilinə tərcümə edilmiş eyni adlı əsərin (“Ali ir Nino” kitabı) məntiqi nəticəsi kimi qiymətləndirib.

Dini və etnik fərqə baxmayaraq, Əli və Ninonun çətinliklərə sinə gərib ailə qurması, vətənin müdafiəsi uğrunda birgə mübarizəyə qalxması izləyicilər tərəfindən maraqla qarşılanıb. Filmin nümayişindən sonra Azərbaycanın milli şirniyyatı və nar şərabları nümunələri qonaqlara təqdim edilib.

Filmin Litvanın digər şəhərlərində də nümayiş etdirilməsi nəzərdə tutulur.

# 1084 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news