Məşhur rejissor: “İnternet göylərin hədiyyəsidir”

Məşhur rejissor: “İnternet göylərin hədiyyəsidir”
calendar 23 yanvar 2014
clock 08:30

Abel Ferrara Amerika müasir müstəqil kinosunun müəlliflərindən biridir. Hazırcavablığı, intellekti, iti yumoru ilə seçilən rejissor əsasən kriminal dram, triller janrlarında (“Pis leytnant”, “Nyu Yorkun kralı”, “Qorxu şəhəri” və s. ) işləyir. Kulis.az Ferraranın gənc rejissorlara kino məsləhətlərini təqdim edir.

***

Bu gün müstəqil olmaq dünyanın ən tənha adamı olmaq deməkdir. Mən düşünürəm ki, “asılı olmamaq” anlayışı Hollivuddan kənarda mövcud olan struktura aiddir. Yəqin ki, siz Los Ancelesdə 1990-cı illərin müəyyən dövründə müstəqil ola bilərdiz. Əgər Hollivudda 10-15 milyona film çəkirdilərsə, müstəqil rejissor 500 mindən 3 milyonadək olan büdcəylə işləyə bilərdi və bütün dünya bilirdi ki, biz mövcuduq. İndi isə bu sistem artıq yoxdur.

***

Heç kəsdən asılı olmamaq vacibdir... İndi mən filmlərimi müstəqil maliyyənin hesabına çəkirəm. Sözün hərfi mənasında filmlərim üçün pulu sistemdən kənarda yığıram. Bu, ən birinci işdir. Müstəqil olmaq o deməkdir ki, o qədər də böyük olmayan, amma sədaqətli, düzgün qrupa aidsən. Avropalılar belə iş sistemini üstün tuturlar.

***

Hollivud fabrikindən uzaq durun. Hollivudda filmin necə çəkildiyini bilmək üçün dahi olmaq lazım deyil. Hollivud fabrik şəhəridir. Həmişə də belə olub. Və bilirsiz, mənim çəkmək istədiyim filmləri orda çəkmək istəmirlər. Məsələn, siz axı, Meksika yeməyini İstanbulda hazırlaya bilməzsiz. Əlbəttə, nə demək istədiyimi başa düşürsüzsə. Hollivdudda müəyyən tip filmləri müəyyən üsulla yaradırlar. Rejissor onlara lazım olan sonuncu adamdır.

***

Kinematoqrafiyada sizə lazım olan ən vacib şey öz baxışınızdır. Sonra isə siz sadəcə, detallara öz yerlərini tutmaq üçün imkan verirsiz.

***

Sadəcə kameranı götür və çək. Biz gənc olanda sadəcə çəkirdik. Onda bizim 16 yaşımız vardı. Bizim problemimiz onda idi ki, təcrübəli adamlarla bir yerə olanda elə bilirdik ki, öyrənməyə ehtiyac yoxdur. İndi isə nə qədər çox şey öyrənməyin lazım olduğunu anlayıram. Biz işləyə-işləyə öyrənirdik. Kinematoqraf o qədər həssas və şəxsidir ki, sizə nəsə öyrədə biləcək adam elə özünüzsüz. Öyrənməyin yeganə yolu nəsə eləməkdir.

***

Səmimi çək. Sən tamaşaçı ilə danışan film çəkməyə cəhd edirsən və özünə nə qədər dərin nəzər yetirsən, bir o qədər başqa adamlarla çox danışa biləcəksən.

***

İnternet sizin ən yaxın dostunuzdur. İnternetdən istifadə edin. Bu, göylərin hədiyyəsidir. İnternet piratlıq üçün vasitə olduğu kimi, eyni zamanda sizin istifadə edə biləcəyiniz instrumentdir. Baxmayaraq ki, mən rəqəmsalı sevmirəm və kinolentə çəkməyəndə ürəyim parçalanır. Amma sizin dünya ilə ünsiyyətdə olmaq imkanınız var. Siz dünyanın bir ucunda, Los Ancelesdəsiz və eyni zamanda onunla əlaqədəsiz. Filmlərinizi Youtubedə yerləşdirin və işləyin.

***

Kinonun ancaq bir dili var. Bunu Alfred Hiçkok Fransua Trüffoya müsahibəsi zamanı deyib. Yalnız təmiz kino effektivdir. Sən əgər obrazın köməyi ilə danışırsansa, onları bir yerdə lazım olduğu kimi birləşdirəndə, bu vaxt kinonun dilində danışırsan. Əhəmiyyəti yoxdur ki, Serbiyadasan yoxsa eskimoslarla hansısa dərədə. Sən universal dildə danışırsan. Bu, kino dili adlanır. Və bu dil müqəddəsidi.

# 2211 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news