Baş nazirə ana söyüşü ilə bağlı müraciət edildi

Baş nazirə ana söyüşü ilə bağlı müraciət edildi
calendar 21 yanvar 2015
clock 11:10

Rusiyalı rejissorlar kinoda ana söyüşü qadağasına yenidən baxılmasını istəyib. Bu barədə kulis.az gazeta.ru-ya istinadən xəbər verir.

Rusiya kinematoqrafçıları Rusiya Federasiyasının baş naziri Dmitri Medvedevə yazdıqları məktubda bədii əsərlərdə senzuraya uyğun olmayan leksikondan istifadə haqqında qanuna düzəlişlər edilməsini xahiş ediblər. Bu barədə mətbuata kinorejissor Fyodor Bondarçuk açıqlama verib.

Kinematoqrafçılar Medvedyevdən mövcud qanunverciliyə “bədii fikri qüvvətləndirmək məqsədilə senzuraya uyğun olmayan ifadələrin işləndiyi filmlərə “18+” məhdudiyyəti qoymaqla prokat hüququnu vermək barədə” düzəlişlər etmək üçün sərəncam verməsini xahiş ediblər.

Bondarçukun sözlərinə görə, onun özündən başqa bu məktubu Nikita Mixalkov, Karen Şahnazarov, Sergey Miroşniçemko, Oleq Tabakov və Vladimir Xotinenko da imzalayıb.

Məktubda həmçinin “Rusiyada kinematoqrafiyaya dövlət dəstəyi haqqında” federal qanuna görə, filmin senzuraya uyğun olmayan ifadələr istifadə olunduğu təqdirdə prokat hüququndan məhrum olunması məsələsi də xatırladılır.

“Göstərilən norma qəhrəmanların senzuradan kənar ifadələrin işlədərək cəmiyyətin neqativ hallarını realistcə göstərən, yüksək bədii dəyərləri olan kinematoqrafiya nümunəsinin geniş tamaşaçı kütləsinə nümayişinə imkan vermir”- məktubda deyilir.

Rejissorlar qeyd ediblər ki, “senzuradan kənar söyüşlər özlüyündə mənəvi mədəni irs hesab olunur”, həmçinin onlar “çirkin məişət söyüşünün yerli-yersiz ekranı doldurmasına" qarşı olduqlarını da yazıblar.

# 1529 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news