Azərbaycanlı aktrisa Beynəlxalq müsabiqədə qalib olub

Azərbaycanlı aktrisa Beynəlxalq müsabiqədə qalib olub
calendar 26 aprel 2018
clock 16:59

Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktrisası Səbinə Məmmədova Rusiya Federasiyasının və Moskva vilayətinin Mədəniyyət Nazirliklərinin dəstəyi və RF Teatr Xadimləri ittifaqının təşkilatçılığı ilə baş tutacaq XII Beynəlxalq Yay Teatr məktəbində təhsil almaq üçün müsabiqədə qalib gəlmişdir.

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, gənc aktrisa dünyanın 30 xarici ölkə teatrları və Rusiya Federasiyasının 40 şəhərindən olan teatr aktyorları arasında seçilərək bu il iyun ayının 1-dən 28-dək Moskvada keçiriləcək Beynəlxalq Yay teatr məktəbində ölkəmizi təmsil edəcəkdir.

RF – Teatr Xadimləri İttifaqı artıq 12-ci ildir teatr sənəti sahəsində belə bir iri miqyaslı təhsil layihəsini reallaşdırır.

RF Xalq Artisti, RF-nın Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kolyaginin rəhbərliyi ilə gerçəkləşən və səhnə sənəti ilə məşğul olan gənclər üçün böyük önəm kəsb edən Beynəlxalq Teatr Yay məktəbində 3 həftə müddətində müdavimlər aktyor sənətinin vacib elementlərini özündə birləşdirən ustad dərslərdə, treninqlərdə, nəzəri mühazirələrdə, aktyor sənəti, səhnə danışığı, səhnə hərəkəti, əlaqəli improvizasiya, vokal, ritmika, müasir rəqslər, qrim, qılınc və səhnə döyüşləri üzrə təlimlərə cəlb ediləcəklər.

Teatr məktəbinin pedaqoji heyəti RF-nın aparıcı Ali Sənət Ocaqlarının tanınmış heyətindən ibarət olaraq bur neçə janr üzrə - dramatik, kukla, xoreoqrafiya və meydan tamaşaları tədris müddətinin sonuna yaxın gənc aktyorların iştirakı ilə hazırlanaraq, Moskva şəhərinin aparıcı teatrlarında və RF TX-İttifaqının binasında, eləcə də Moskvanın mərkəzi küçələrində kütləvi nimayiş etdiriləcəkdir.

Təhsil müddətində eyni zamanla tələbə aktyorların Rusiya və xarici teatr mütəxəssisləri ilə görüşləri və teatr tamaşalarını seyr etmələri də nəzərdə tutulmuşdur.

# 1071 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news