Fuad Poladovu Ramiz Novruz əvəz edəcək – “Boy çiçəyi”

Fuad Poladovu Ramiz Novruz əvəz edəcək – “Boy çiçəyi”
calendar 9 mart 2017
clock 12:28

Martın 10-da Akademik Milli Dram Teatrında görkəmli aktyor, xalq artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi və ya sən həmişə mənimləsən” səhnə əsərinin ilk tamaşası təqdim olunacaq. Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, tamaşanın təqdimindən əvvəl 10 mart Azərbaycanda Milli Teatr Günü münasibəti ilə tədbir təşkil olunacaq, Azərbaycan peşəkar teatrının keçdiyi yola nəzər salınacaq.

Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir.

Tamaşada əsas rolları xalq artisti Ramiz Novruz, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.

Səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub. Ramiz Novruzdan əvvəl tamaşanın baş rolunda Fuad Poladov oynayırdı.

# 1049 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news