Lissabonda Beynəlxalq qorxu filmləri festivalı başlayır

Lissabonda Beynəlxalq qorxu filmləri festivalı başlayır
calendar 10 sentyabr 2019
clock 17:45

Sentyabrın 10-dan 15-dək Portuqaliyanın paytaxtında “MOTELx” 13-cü Beynəlxalq qorxu filmləri festivalı keçiriləcək. Lissabonun San-Xorxe kinoteatrında təşkil olunan festivalda müxtəlif janrlara aid qorxu filmləri – mistik, qaniçənlər, psixoloji trillerlərdən tutmuş, qorxunc məxluqlar haqqında filmlərə qədər bir çox peşəkar və həvəskar rejissorların ekran əsərləri nümayiş olunacaq. Bu filmlərin arasında həm “qızıl fonda” daxil olanlar, həm də novator eksperimentləri var.

Festivalda Amerika kinorejissoru Ari Asterin “Gün dönümü” psixoloji trillerinin nümayişindən sonra bu kino janrında ustad dərsi keçiriləcək.

Türk mənşəli alman rejissoru Fatih Akının Berlin Beynəlxalq kinofestivalında göstərilmiş “Qızıl əlcək” filminin də premyerası keçiriləcək.

Festivalda Portuqaliya rejissoru Qonsalo Almeydanın “Make Me Company” bədii filmi ilk dəfə nümayiş etdiriləcək. Bu il məşhur kinorejissor Ed Vudun “Kosmosdan 9 nömrəli plan” elmi-fantastik qorxu filminin ekranlara çıxmasının da 60 illiyi qeyd olunacaq.

“MOTELx” Beynəlxalq qorxu filmləri festivalı ilk dəfə 2007-ci ildə keçirilib. Hər il bu tədbirin fəxri qonaqları arasında həmin janrın ustadları iştirak edirlər, onlardan biri isə burada özünün yeni ekran əsərini təqdim edir. Festivalda ümumilikdə 8-dən çox film göstərilir, habelə bir sıra əlavə tədbirlər – ustad dərsləri, təqdimatlar, diskussiya klubları, tematik musiqi konsertləri təşkil edilir.

“MOTELx” Beynəlxalq qorxu filmləri festivalı “Zombilərin paradı” ilə yekunlaşır. /azertag/az/

# 2337 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news