“Mahmud və Məryəm” martın 22-dən kinoteatrlarda - VİDEO

“Mahmud və Məryəm” martın 22-dən kinoteatrlarda - VİDEO
calendar 9 yanvar 2013
clock 15:09

Xalq yazıçısı Elçin Əfəndiyevin məşhur “Mahmud və Məryəm” romanı əsasında ekranlaşdırılan eyni adlı filmi martın 22-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.

Filmin prodüseri Sevda Kayğısız APA-ya verdiyi açıqlamasında bildirib ki, filmin artıq ilk fraqmanı hazırdır: Film çox yüksək səviyyədə alınıb və tamaşaçıların böyük marağına səbəb olacaq. Filmin Azərbaycan və Türkiyədə, eyni zamanda bir neçə ölkədə də təqdimatının keçirilməsi nəzərdə tutulur. Düşünürəm ki, filmə çəkdiyimiz əziyyətə dəyər. Tamaşaçılara gözəl bir məhəbbət hekayəsini təqdim etməyə tələsirik. Bu film iki qardaş ölkənin müştərək işidir və biz hər şeyin mükəmməl alınması üçün çox əziyyət çəkmişik”.

Ekran əsəri Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsidir. Türkiyənin “24 Kare” şirkəti tərəfindən ekranlaşdırılan film Mahmudla Məryəmin sevgisindən bəhs edir. Mahmud gəncəli Ziyad xanın oğlu, Məryəm isə keşiş qızıdır. Hadisələrin mərkəzində isə Mahmudla Məryəmin bir-birinə olan məhəbbəti dayanır. İki gəncin sevgisinə mane olan isə mürtəce fikirli Qara Keşişdir. Nağıl və fantastik elementlərin vəhdət təşkil etdiyi filmdə Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb. Çəkilişlərə Şəki şəhərində start verilən ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol alıb. Mehmet Ada Öztekinin rejissorluğu ilə lentə alınan filmin çəkilişləri ötən il aparılıb. “Mahmud və Məryəm”in Azərbaycan, Türkiyə, o cümlədən Avropanın 9 ölkəsindəki kinoteatrlarda ekranlara çıxarılacağı gözlənilir.

Azərbaycan və Türkiyənin birgə istehsalı olan və yazıçı Elçinin ssenarisi əsasında ekranlaşdırılan “Mahmud və Məryəm” filminin çəkilişləri Azərbaycan və Türkiyədə aparılıb.

# 3238 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news