“Azərbaycanfilm” “Nobel qardaşları” haqqında film çəkir

“Azərbaycanfilm” “Nobel qardaşları” haqqında film çəkir
calendar 29 iyun 2015
clock 11:49

“Azərbaycanfilm” kinostudiyası “Nobel qardaşları” haqqında film çəkir

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Nobel qardaşları” kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edən qısametrajlı film çəkilir. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Postskriptum” adlı ekran əsərinin ssenari müəllifi Ramiz Fətəliyev və Emin Mirabdullayev, rejissoru Emin Mirabdullayev, operatoru Əli Sultan, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə aktyor Azər Aydəmir baş rolu - Robert Nobeli canlandırır.

Ekran əsərində əməkdar artistlər Ayşad Məmmədov, Eldar Bağırbəyov və digərləri rol alıb. Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.

# 1692 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news