“Öldürsənə məni, Caniko” – Yeni Tamaşa

“Öldürsənə məni, Caniko” – <span style="color:red;">Yeni Tamaşa
calendar 2 iyul 2018
clock 16:17

İyulun 8-i 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Nesinin “Öldürsənə məni, Caniko” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, tamaşada Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artist Qəmər Məmmədova, aktyorlar Allahverdi Yolçuyev, Təhminə Məmmədova, Müşfiq Əliyev, Bəhram Həsənov, Anar Seyfullayev və Anar Səfiyev rol alıb.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Sona Mustafayevadır.

Qeyd edək ki, məşhur türk dramaturqu Əziz Nesinin bu əsəri dünyanın bir çox səhnələrində dəfələrlə hazırlanıb və həmişə böyük tamaşaçı marağına səbəb olub. Əsərin janrı komediya olsa da, məğzi tənhalıq faciəsidir. ADGTT-nın təqdim etdiyi tamaşada həm komik həm də dramatik məqamlara yetərincə yer verilib.

Əsərin qəhrəmanları uzun illər öncə ərlərini itirmiş 68 yaşlı Siyen və 73 yaşlı Dihadır. Onlar məcburiyyətdən binanın zirzəmi qatında yaşayırlar. Siyenin toyunun 50 illik yubileyini qeyd etməyə hazırlşana rəfiqələrin başına gələn əhvalatlardan xəbərdar olmaq istəyən hər kəsi iyulun 8-də premyerada gözləyirik.

# 1222 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news