YUĞ-un yeni direktoru kollektivə təqdim edilib

YUĞ-un yeni direktoru kollektivə təqdim edilib
calendar 20 iyul 2018
clock 12:50

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müvafiq əmri ilə Sumqayıt Dövlət Dram Teatrının sabiq direktoru İslam Həsənov YUĞ Dövlət Teatrına direktor təyin olunub.

Teatrdan Kulis.aza verilən məlumata görə, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov İslam Həsənovu kollektivə təqdim edib. Nazirliyin rəsmisi çıxış edərək İslam Həsənovu bu təyinat münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.

İslam Həsənov 1965-ci ildə Lənkəran şəhərində anadan olub, 1982-1988-ci illərdə M.A.Əliyev adına İncəsənət İnstitutunda təhsil alıb. 1990-1992-cı illərdə “Meydan” teatr-studiyasında aktyor işləyib. 1991-1992-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində aparıcı və redaktor işləyib. 1992-2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqında İnformasiya Mərkəzinin rəhbəri olub. 2007-2014-cü illərdə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında, 2014-2018-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında direktor vəzifəsində çalışıb.

İslam Həsənov təyinata görə minnətdarlığını bildirib. O, qeyd edib ki, YUĞ Teatrı mənə doğma bir teatrdır. Çünki gözümüzün qabağında yaranıb və formalaşıb. Allah rəhmət eləsin, Vaqif müəllimə. O dövlər bizim hamımız bu teatra maraq göstərirdik. YUĞ Teatrı öz estetikası, fərdi üslubu ilə seçilir. Biz də çalışacağıq ki, bu teatrın fərqliliyini qoruyub saxlayaq və fəaliyyətini uğurla davam etdirək.

Qeyd edək ki, bundan əvvəl YUĞ teatrında direktor əvəzi vəzifəsini Kukla Teatrının direktoru Rəşad Əhmədov icra edirdi.

# 1047 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news