“Mahmud və Məryəm” filmi nə qədər gəlir gətirdi? ARAŞDIRMA

“Mahmud və Məryəm” filmi nə qədər gəlir gətirdi? ARAŞDIRMA
calendar 4 oktyabr 2013
clock 16:02

“Mahmud və Məryəm” filminin büdcəsi ilə bağlı Kulis.Az-ın sorğusuna cavab verən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kino studiyasının direktoru Müşfiq Hətəmov filmin büdcəsinin üç milyon manat olduğunu açıqlayıb.

"Əslində bu, kommersiya sirridir. Büdcəni prokat məlum olandan sonra açıqlayırlar.. Azərbaycanda filmin prokatı uğurla alınıb. Bunun iki milyonu Türkiyə tərəfdən, bir milyonu isə bizim tərəfimizdən reallaşıb".

Kulis.Az-ın Türkiyənin filmlə bağlı statistikalar aparan BoxOffice.com saytına istinadən verdiyi məlumata görə yayınlandığı 18 həftə ərzində “Mahmud və Məryəm” filminə 63.258 nəfər baxıb və film 517 min 991 türk lirəsi (196 min 896 AZN) gəlir gətirib.

Azərbaycanda isə film bir həftədir Azərbaycan və türk dillərində olmaqla Nizami Kino Mərkəzində nümayiş olunur.

Göründüyü kimi film ona ayrılan büdcənin on beş biri qədər gəlir gətirib. Filmin Azərbaycan büdcəsinə və Türkiyə tərəfinə verdiyi ziyan isə 2 milyon 804 min manatdır.

Bu ilin mart ayında kinoprokata buraxılan film ilin sonuna olan nəticələrə görə 77-ci yerdə dayanır. İlk yeri Cem Yılmazın “Fundamentals” adlı stand-upı (3 milyon 743 min tamaşaçı), ikinci yeri “Celal və Ceren” (2 milyon 853 min tamaşaçı) tutur.

Filmin Türkiyə tərəfdarı “24 kare” prodakşı isə Türkiyənin son filmi olan “Veda” filmi 3 il bundan qabaq istehsal edib. Prodakşn bundan başqa 2008-ci ildə “Hayatdan korkma”, “Taş yastık”, 2006-cı ildə isə “Dabbe” filmini çəkmişdi.

# 3255 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news