Ailə-məişət mövzusunda film çəkilir - FOTO

Ailə-məişət mövzusunda film çəkilir - FOTO
calendar 5 iyul 2016
clock 17:10

Ailə-məişət mövzusunda yeni bir film çəkilir.

Kulis.Az-ın vediyi məlumata görə, AYB üzvü, Sankt-Peterburq Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun tələbəsi Səidə Haqverdiyevanın “Qara qızın qara bəxti” hekayəsinin motivləri əsasında çəkilən film “Xoşbəxt olun” adlanır.

Tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Könül Vəlibəylidir.

Yaxın keçmişə nəzər salan ailə-məişət mövzulu tragikomik filmdə qızların ərə getməməsi və ailələrdə sırf bu səbəbdən yaranan mənəvi-psixoloji problemlər ön plana çəkilib.

Film 6 qızı olan və oğul dünyaya gətirmək üçün ümidini falçılara bağlayan ananın, həmçinin qızlarının ərə getməməsinə görə həmkəndlilərinin gülüş hədəfinə çevrilən, buna görə özünü bədbəxt hiss edən atanın dramını anladır.

Filmdə əsas rollarda Əməkdar artist Sevinc Sarıyeva, aktyorlar Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov, Aybəniz Bağırova və Gülnarə Abdullayeva çəkiliblər.

Çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda baş tutan film beynəlxalq festivallara göndəriləcək.

Ekran işinin yaxın vaxtlarda yerli nümayişi də nəzərdə tutulur.

# 1496 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news