Vudi Allen: “Tatuirovka etsəydim o yerimə “Ana” yazdırardım”

Vudi Allen: “Tatuirovka etsəydim o yerimə “Ana” yazdırardım”
calendar 9 iyun 2015
clock 10:06

Kulis dünya şöhrətli rejissor Vudi Allendən sitatları təqdim edir.

Aktyorlar yalnız daha cazibədar layihələrində fasilə yarananda mənimlə işləyirlər. Mən film üçün durub bir aktyora zəng edəndə məlum olur ki, ona o günlərdə ya Stiven Spilberq, ya da Martin Skorseze zəng edib, ona görə mənimlə işləyə bilməzlər. Yalnız onlar o filmi təzəcə bitiriblərsə, on milyon dollarlarını alıblarsa və avqustadək bir işləri yoxdursa - mən də iyunda zəng vurmuşam –onda niyə də razılaşmasınlar?

Əgər tatuirovka etsəydim, əlbəttə o yerimə “Ana” yazdırardım.

Faciə ilə komediya arasında yeganə fərq odur ki, komediyada insanlar faciəni yola verə bilirlər. Əlbəttə, yumor bütün həyati məsələlərə cavab ola bilməz, amma o hardasa leykoplastır kimi işə yarayır. Bu da yarası açıq gəzməkdən daha yaxşıdır.

Bilirsiniz, mən eyni zamanda iki rolu oynaya bilərəm, olduqca orqanik aktyoram. İntellektual və əclaf.

Kino ilə məşğul olmağa başlayanda elə bilirdim, məni bir yığın gözəl şey gözləyir: şöhrət, pul, heyranlar... Amma bir-iki filmdən sonra gördüm ki, həyatım əvvəlki kimidir. Problemlərim də elə əvvəlkidir.

Qayğısızlıq, laqeydlik – mənə xas deyil. Mən indi də inadkar pessimistəm. İndi də adamları əclaflara və yazıqlara bölürəm.

Həmişə bütöv bir il məzuniyyət götürmək istəyirəm, amma vicdanım rahatlıq vermir. Çünki ətrafımda mənə növbəti film çəkmək üçün pul verən adamlar dayanıb boynunu bükür, nəticədə bu qənaətə gəlirəm; nə qədər ki, verirlər, almaq lazımdır.

Komediyada oynamaq üçün xüsusi, anadangəlmə bir qabiliyyət lazımdır, komiklər həmişə dramatik rollar oynaya bilirlər, məsələn Marlon Brando kimi ən yaxşı dramatik aktyoru götürək, onlara komediya asan deyil.

Mən öz işimi sevirəm, amma onu mənim əlimdən alsalar yenə də nə iləsə məmnuniyyətlə məşğul olardım. Məsələn teatrda oynayardım, evdə oturub yazardım, ya da böyük məmnuniyyətlə avaralıq edərdim. Səhər oyanardım, gəzərdim, kinoya və muzeyə gedərdim, arvadımla çənə vurardım, televizorda beysbola baxardım. Elə də pis deyil, hə?

Heç vaxt məni özgə filmlərdə oynamağa çağırmırlar. Qəribədir! İndi ki yaşlanmışam, adamlar gərək deyə: “Qoca komiklərdən kim qalıb ki? Uolter Mattau ölüb. Vudi Allen hələ sağdır”.

“Doqma” müəlliflərinin mövqeyi xoşuma gəlir. O həqiqətən spontan bir tərzdir (sadə, lakonik, sərt).. Prinsiplər yaxşıdır düzdür, amma adətən olduğu kimi burada da hər şey rejissorun təriflənən fərdi istedadına yüklənir. Əgər o yaxşı film edibsə, bu (yəni Doqma-A), əladır, film pis alınıbsa o, başqa pis filmlərdən heç nə ilə fərqlənmir.

Məncə, müasir kinoda mənim təsirimə düşən rejissor yoxdur. Hər yerdə gənclər Koppoladan, Skorsezedən və Oliver Stoundan təsirlənirlər. Bəs mən? Məndən təsirlənənləri heç görmədim...

# 1524 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news