“Dağlıq Qazax” filmi təqdim ediləcək – VİDEO

“Dağlıq Qazax” filmi təqdim ediləcək – VİDEO
calendar 2 mart 2018
clock 14:10

Yaxın vaxtlarda erməni millətçilərinin Qazaxda törətdikləri vəhşiliklərdən, soyqırımdan bəhs edən “Dağlıq Qazax” sənədli filminin təqdimatı keçiriləcək.

Bunu APA-ya açıqlamasında “Dağlıq Qazax” sənədli filminin rejissoru Elmar Məlikov bildirib.

“Dağlıq Qazax” sənədli filmi Qafqazda erməni separatizmi barədə (Treyler -film o zaçatiye separatizma na Kavkaze) triologiyanın üçüncü hissəsidir. Triologiyanın birinci “Cəhənnəmi görmüş pilot” filmi olub. 2014-cü ildə Rusiyada nümayiş olunmuş bu film Xocalı soyqırımının ilk şahidi olmuş vertolyot pilotu Leonid Kravetsdən bəhs edib. Çingiz Mustafayev və digərlərini həmin əraziyə məhz L. Kravets aparıb. Film Heyər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın köməyi ilə ərsəyə gəlib. 2016-cı ildə filmin Heydər Əliyev Mərkəzində böyük təqdimatı keçirilib. İkinci film də Xocalıdan bəhs edən “Dəhliz” filmi olub. 2017-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində təqdimatı keçirilən bu film ermənilərin xocalılara dəhliz verməsi barədə iddialardan bəhs edir. Film Xocalı sakinlərinin ifadələri üzərində qurulub və canlı şahidlər belə dəhlizin olması barədə iddiaların əsassız olduğunu ortaya qoyurlar.

E. Məlikov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk olaraq məhz Qazaxdan başladığını bildirib. Çünki 1990-cı ildə ilk olaraq məhz Qazax rayonunun Bağanis Ayrım kəndi erməni silahlıları tərəfindən yandırılıb, talanıb, kənd sakinləri soyqırıma məruz qalıb. Filmdə Bağanis Ayrım kəndində baş verən soyqırımdan, eyni zamanda ermənilərin Türkmənçay sülh müqaviləsindən sonra tarixi Azərbaycana ərazilərinə köçürülməsindən, Zəngəzur, Göyçə və Dağlıq Qazağın necə zəbt olunmasından bəhs edilir.

“Cəhənnəmi görmüş pilot”, “Dəhliz” və “Dağlıq Qazax” filmləri bir-birini tamamlayır, erməni millətçilərinin azərbaycanlıların başına gətirdikləri faciələrdən bəhs edir.

# 1338 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news