“ASAN xidmət” işçiləri tamaşa oynadı - FOTOLAR

“ASAN xidmət” işçiləri tamaşa oynadı - FOTOLAR
calendar 9 iyul 2018
clock 12:43

Ötən şənbə Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində ASAN Xidmət könüllülərinin iştirakı ilə yazıçı Natiq Məmmədlinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Əmanət” pyesinin premyerası keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, rejissor Anar Babalının quruluş verdiyi tamaşada bütün rolları ASAN Könüllüləri Gənclər Təşkilatının gənc üzvləri oynayıblar.

Cümhuriyyətimizin 100 illiyinə ithaf olunmuş “Əmanət” iki hissəli dramı Azərbaycan maarifçilərinin klassik irsinə və çoxsaylı tarixi faktlara, arxiv sənədlərinə istinad olunmaqla yazılıb.

Əsərdə bədii ümumiləşdirmə və simvolizmdən istifadə edilməklə Cümhuriyyətə gedən yol, Azərbaycanın müstəqilliyi ideyasının meydana gəlməsi, Cümhuriyyətin dövlət quruculuğu prosesi və onun süqutunu şərtləndirən amillər bədii təhlil obyektinə çevrilərək, kəskin dramatik konflikt fonunda təqdim olunub.

Pyesdə baş rolda yer alan Mirzə obrazı Azərbaycanın maarifçi ziyalılarının, habelə Cümhuriyyət qurucularının prototipi kimi çıxış edir. Ona qarşı dayanan Sərçə, Qartal, general Tomson və digərləri isə Azərbaycanın istiqlalını istəməyən qüvvələrin ümumiləşmiş tipləridir.

Mirzə vacib əmanəti çatdırmaq üçün fədai axtarışındadır, kütlə onun ideyasını düzgün qavramağa çətinlik çəkir, digər obrazlarsa bu axtarışda ona mane olmaq, əmanətin nə olduğunu, fədainin kimliyini müəyyənləşdirmək üçün mübarizə aparırlar. Mirzənin ideyalarının ardıcıl müdafiəçisi olan darülfun tələbəsi (Bakı Dövlət Universitetinin tələbəsi) sonda Cümhuriyyətə xəyanətə hazırlaşan qüvvələri ifşa edərkən həlak olur. Finalda Mirzənin “Yaşasın Cümhuriyyət” deyərək qətlə edilməsi belə onun daşıdığı əmanətin ünvanına çatmasını əngəlləyə bilmir. Final uvertüra musiqisi fonunda əmanətin - Azərbaycanın dövlət bayrağının fədai (Mirzənin şagirdi) tərəfindən dirəyə sancılması və xalqın onu qorumasını əks etdirən səhnəylə başa çatır.

ASAN Könüllüləri Gənclər Təşkilatının iştirakı ilə oynanılan pyes tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

# 1110 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news