Müşfiq Hətəmovdan açıqlama gəldi: “Mən demişəm ki...”

Müşfiq Hətəmovdan açıqlama gəldi: <span style="color:red;">“Mən demişəm ki...”
calendar 19 dekabr 2017
clock 12:31

Xəbər verdiyimiz kimi Türkiyədə keçirilən Antakya Beynəlxalq Film Festivalında “Üçüncü günün adamı” filmindəki roluna görə qalib olan aktyor Hikmət Rəhimov sosial şəbəkədə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmova sərt sözlər yazıb.

Məsələ ilə bağlı Kulis.az-a açıqlama verən Müşfiq Hətəmov bunları söyləyib:Mən həmişə Hikmət Rəhimova bir aktyor kimi də, bir insan kimi də böyük hörmətlə yanaşmışam və əlimdən gəldiyi qədər dəstək vermişəm. O, sadəcə festivalda qeydiyyat prosesini yaxşı bilmədiyi üçün bizi günahlandırır. Guya mükafat alıb, biz gətirib vermirik. Halbuki festival prizi bir ay müddətinə özü göndərir.”

M.Hətəmov aktyorun toxunduğu digər mətləblərə də aydınlıq gətirib: “Bəzi fikirlər də var ki, guya Hikmət Rəhimovu ora dəvət ediblər, biz maliyyə ayırmamışıq. Halbuki festival qaliblərinin ora getməsini festival özü maliyyələşdirir. İstisna hallarda bu xərcin bir qismini studiya ödəyir.”

“Ona mükafatı mən almışam ifadəsini işlətmisinizmi?” – sualına gəlincə M.Hətəmov deyib: “Elə deməmişəm. Mən demişəm ki, filmi festivallara göndərmək, prokatını təşkil etmək prodüserin işidir. Mükafat Hikmətin halal haqqıdır.”

Kinostudiyanın rəhbəri H.Rəhimovun Facebook profilində yazdığı yerlibazlıq söhbətinin də tamamilə yanlış olduğunu bildirib: “Mən belə sözlər deməmişəm”.

# 1072 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news