“Mən gəldim, qızlar” -Gənc Tamaşaçılar Teatrı festivalda

“Mən gəldim, qızlar” -<span style="color:red;">Gənc Tamaşaçılar Teatrı festivalda
calendar 17 may 2017
clock 15:48

Beynəlxalq Teatr Festivalında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ölkəmizi təmsil etmək üçün dəvət alıb.

Teatrın mətbuat xidmətindən Kulis.Aza verilən məlumata görə, Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin paytaxt elan olunmasının 19 illiyi ilə əlaqədar Astana şəhərində ənənəvi olaraq hər il keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalı baş tutacaq.

İyun ayının 12-dən – 18-dək davam edəcək festivalda Gənc Tamaşaçılar Teatrı görkəmli İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə iştirak edəcək.

Məlumat üçün bildiririk ki, tamaşa bir çox xarici ölkələrdə keçirilmiş Beynəlxalq Teatr Festivallarında teatrımıza mükafatlar qazanıb.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, əsas obrazların ifaçıları Əməkdar Artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Rasim Cəfərov, aktyorlar Zümrüd Quliyeva və Səbinə Məmmədovadır.

ADGTT-nın iştirak edəcəyi ikinci Beynəlxalq tədbir Belarus Respublikasının Mogilyovskiy vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV “Dostluq çələngi” adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalı olacaq. Sözügedən beynəlxalq festivalda ölkəmiz Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil olunacaq.

Festival Belarus Respublikası Mədəniyyət Nazirliyi, Belarus Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi, Bobruysk Şəhər İcra Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

İyun ayının 28-dən – iyulun 3-dək davam edəcək festival çərçivəsində müsabiqələr, şəhərin küçələrində bayram paradı, təntənəli açılış və bağlanış mərasimləri, yaradıcılıq görüşləri və konsertlər keçiriləcək.

Tamaşada Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar Artisti Şövbqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.

Qeyd etməliyik ki, “Kontrabas” tamaşası da bir çox beynəlxalq festivalların qalibi olub.

# 1146 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news