Bu gün Bakıda “İran kinosu günləri”nin açılışı olacaq - AFİŞA

Bu gün Bakıda “İran kinosu günləri”nin açılışı olacaq - AFİŞA
calendar 23 fevral 2018
clock 09:56

Fevralın 23-də Nizami Kino Mərkəzində “İran kinosu günləri”nin açılış mərasimi keçiriləcək. Mərasim İranın Azərbaycandakı səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə reallaşacaq.

Nizami Kino Mərkəzindən bildiriblər ki, açılış mərasimində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə, bu ölkənin Mədəniyyət və İslami Əlaqələr Mərkəzinin sədri Abuzər İbrahimi Türkman və İran kinematoqrafiyasının tanınmış nümayəndələri iştirak edəcəklər.

Mərasimdə rəsmi hissədən sonra “Badiqard” bədii filmi nümayiş olunacaq.

Xatırladaq ki, “İran kinosu günləri” ərzində - fevralın 24-də saat 16:00-da və 20:00-da “Xəyalın şirin tamı”, fevralın 25-də həmin saatlarda “Divanə top”, fevralın 27-də saat 18:00-da “Ayaqqabım hanı?” bədii filmləri nümayiş etdiriləcək.

Nümayişlərə giriş sərbəstdir.

# 1209 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news