Ana haqqında şeir

Ana haqqında şeir
calendar 4 fevral 2013
clock 17:49

Aysel Əmrahova

Ana

Həyatda görmədim dumanı, çəni,

Hərdən üsyan etdim, qınadım səni,

Heç zaman qoymadın sən darda məni,

Sənə layiq övlad deyiləm, ana!

Bilmədim çətinlik, dünya dərdini,

Duymadım, gizlətdin kədər-qəmini,

Qadınlardan gördüm səndə mərdini,

Sənə layiq övlad deyiləm, ana!

Sən dəryasan, sən dənizsən, ümmansan,

Mənə bu dünyada bir sən həyansan,

Dərdimizi sən özününkü sanansan,

Sənə layiq övlad deyiləm, ana!

Kobudam, qırıram bəzən qəlbini,

İmtahan edirəm hərdən səbrini,

Ürəyimdə daşısam da qədrini,

Sənə layiq övlad deyiləm, ana!

Sən böyütdün məni min bir əzabla,

Axirətə yük tutmusan savabla,

Şairəm, yazaram, dəliyəm, anla,

Sənə layiq övlad deyiləm, ana!

view 82385 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news