Qovuşa bu yağış altında sevgililər

Qovuşa bu yağış altında sevgililər
calendar 22 fevral 2017
clock 16:44

Qışqırıq

Firudin Həmidli

Şəhərin bu saatlarında

Hamıdan gizlin,

Özündən gizlin

Çıxasan Qız Qalasına

Qışqırasan, qışqırasan,

Çıxasan özündən xıncını.

Unudula qəlbində qalmış o adamlar,

Susa ruhundakı qıvrılan ağrı,

Ya bir dəfəlik çaxıla,

Ya çıxarıla

Beynindəki mismarlar.

Qışqırasan lap ucadan,

Səsinin son tonu ilə.

Çıxasan özündən.

Kimsə duymaya səni,

Üfüqlərdən gəlməyə əks-səda.

Buludlar eşidə ancaq,

Yağış yağdıralar,

Qovuşa bu yağış altında sevgililər.

Çirklərindən arına şəhər.

Hardasa gecə eşidə qışqırığını ancaq

Və qorxa səndən,

Qorxub daha gəlməyə üstünə hər dəfəsində,

Günəşi həbs etməyə...

Hardasa biriləri eşidə səsini ancaq,

Ayıla yuxusundan.

Və bir də Allah duya səni, Allah!

Görə ki, burda bir qul

Mərhəmət diləyir...

18 fevral 2017

view 1836 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news