Cahangir Novruzov medalla təltif olunub

Cahangir Novruzov medalla təltif olunub
calendar 16 aprel 2014
clock 14:30

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov medalla təltif olunub. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) həyata keçirdiyi layihələrdə mühüm xidmətlərinə, türk dünyasının mədəniyyətinə və incəsənətinə verdiyi töhfələrə görə Cahangir Novruzova “TÜRKSOY-un 20 illiyi” yubiley medalına layiq görülüb. Medalı TÜRKSOY-un Baş katibi Düsen Kaseinov həmyerlimizə təqdim edib.

Medalın təqdimatı Türkiyənin Sabancı Vəqfi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Adana şəhərində XVI Dövlət Teatrları və Sabancı Beynəlxalq Adana Teatr Festivalının açılışı çərçivəsində baş tutub. Mərasimdə Adana Bələdiyyəsinin sədri Hüseyin Sözlü də iştirak edib.

Bir ay davam edəcək XVI Dövlət Teatrları və Sabancı Beynəlxalq Adana Teatr Festivalında Türkiyədən 5, xarici ölkələrdən 16 teatr kollektivi iştirak edir. Azərbaycanı festivalda Akademik Milli Dram Teatrı M.F.Axundovun “Lənkəran xanının vəziri” tamaşası ilə təmsil edəcək.

Olkem.az

view 2348 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news