Allah məni qəbul edər, Leylası? - Rəşad Nağı Mustafanın yeni şeiri

Allah məni qəbul edər, Leylası? - Rəşad Nağı Mustafanın yeni şeiri
calendar 27 fevral 2020
clock 10:40

Kulis.az Rəşad Nağı Mustafanın "Qərib dərviş libası" şeirini təqdim edir.

Ta keçmişəm tarix yazan yaşımı
Yaşamaqla aldadıram başımı
Buraxmışam azad könül quşumu
Uçur, uçur sənə qonur, görürsən?

Nəyim çatmır, var əlimin əsası
Geyinmişəm qərib dərviş libası
Allah məni qəbul edər, Leylası?
Saqqalım da tez uzanır görürsən?

Bu dərd məndə bir sevgidən qalıqdı
Yanan könlüm kor gözümə işıqdı
Axı sənin bəsirətin açıqdı
Uzaqda bir ürək sınır, görürsən.

Baxan mənə görür ki, can üstəyəm
Gör, nə çoxdu məni ötmək istəyən
Öz-özündən çıxıb getmək istəyən
ayağından yaralanır, görürsən?

view 4244 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news