Orxan Pamukun yeni romanından xəbər var

Orxan Pamukun yeni romanından xəbər var
calendar 3 fevral 2020
clock 13:45

Orxan Pamuk Türkiyə mətbuatına verdiyi son müsahibələrinin birində hazırda üzərində işlədiyi “Vəba gecələri” romanından danışıb.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, Pamuk müsahibəsində üç ildir üzərində işlədiyi “Vəba gecələri” romanını bitirmək üzrə olduğunu bildirib:

“Üç ildir ki, bu roman üzərində işləyirəm. Fəqət “Vəba gecələri” haqında otuz ildir düşünürəm və hələ də düşünməyə davam edirəm. Romandakı hadisələr ötən əsrin əvvəllərində Kipr və Rodos yaxınlığında yerləşən bir Osmanlı vilayətində II Əbdülhəmidin hakimiyyətdə olduğu dövrləri və bu tarixdə adaya yayılan vəba xəstəliyinin fəsadlarından, nəticələrindən bəhs edir. Romanın bitməsinə çox az qalıb. Əsas qəhrəmanlarımdan biri də Osmanlı tarixinin ən məşhur həkimlərindən biridir".

view 2291 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news