Vaqif Səmədoğludan Günün şeiri

Vaqif Səmədoğludan Günün şeiri
calendar 5 aprel 2020
clock 11:30

Kulis.az “Günün şeiri” layihəsindən Vaqif Səmədoğlunun “Allaha kömək vaxtıdır” şeirini təqdim edir.

İndi gileydən, güzardan
Baş alıb qaçmaq vaxtıdır.
Qapıları döyülməmiş
Taybatay açmaq vaxtıdır...

İndi hər səsdən, hər küydən
Sükuta dönmək vaxtıdır.
Millət, dövlət zirvəsindən
İnsana enmək vaxtıdır...

İndi nə dua, nə qarğış
Nə nəzir demək vaxtıdır.
Dünya susmalıdır artıq
Allaha kömək vaxtıdır...

1995

view 5098 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news