DAŞ NAĞILI

DAŞ NAĞILI
calendar 21 fevral 2013
clock 13:26

EYNULLA MÜSLÜM

DAŞ NAĞILI.

Bir anadan

Iki oğul doğuldu,

Qardaş dedik...

Daş axırda?!

Yola çıxdıq

Qoşa-qoşa...

Yoldaş dedik.

Daş axırda?!

Dost aradıq,

Arxa tutaq.

Sirdaş dedik.

Daş axırda?!

Birləşmədik,

Vətən deyib

Daş kimi bərk.

Eh!!

Vətəndaş...

Bir sözə bax!

Daş axırda?!

Düşmən olduq,

Erməniyə.

Daşnak dedik.

Daş əvvəldə?!

Ey, türk oğlu!

Hazır dayan

Daş əlində!!!

13.03.2005.

view 1872 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news