...yağmurla seviş

...yağmurla seviş
calendar 10 iyul 2014
clock 13:35

Kulis.Az fotoqraf Dadaş Adnanın şeirlərini təqdim edir

***

məni sev

sev

tərk etmə

günəş həmişə belə doğsun

sabah bir pəncərəmdən

axşam o biri pəncərəmdən

***

ayı doğrayıb ulduz etdim

səpələdim göy üzünə

minlərlə ulduzum oldu

göy üzündə

***

mən hər bahar aşiq oluram

bağçamdakı güllərə,

çiçəklərə

yağan yağmurlara,

əsən küləklərə

yağmur yağdı yağmurla seviş

külək əsdi küləklə öpüş

gecə kordur, gündüz yalançı

***

mən sabahlara aşiqəm

sabahlara

üzünü görmədən

uyuya bilmirəm

***

gəl,

gecəni sərxoş edib qaçaq

ulduzlar toplayıb tellərindən

qapısına sərək gecənin

***

O gəldi

Mavi bir əlbisədə

Bir az kilo almış

Bir az da saçları uzanmış

Gözləri olduğu kimi

Yaşılın dərinliklərində mavi bir muncuq kimi

O gəldi

Üzündə bir gülüşlə

Günəşi çalmış keçmişin qaranlıqlarından

Siyah buludlardan

Siyah gecələrdən

***

oyandın,

məni də oyatdın

öpürəm,

sabahın gözlərindən

küləyin dodaqlarından

günaydın

***

pəncərəni aç

yeni bir nəğmə girsin içəri

yeni bir şərqi

yeni bir türkü

***

sevə bilməmək,

sevildiyinə rəğmən

acının təməli bu.

***

sabahları quşların səsinə oyanıram

pəncərəmi günəş döyər-döyməz oxumağa başlayırlar

səni necə sevim, çox gözəlsən

səni necə sevməyim, çox gözəlsən

***

erkən oyan günəşi təqib et.

sənə doğru yolu göstərəcəkdir.

***

iki nəfərlik yataq

yalnızlığıma sığmır

sənin yerinə keçirəm

öz yerimə keçirəm

eninə yatıram

düzünə yatıram

çarpaz uzanıram

bir də baxıram sabah olmuş

view 1578 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news