Mən ölüm, bir axtar məni

Mən ölüm, bir axtar məni
calendar 19 sentyabr 2014
clock 14:32

Kulis.Az Pərviz Cəbrayılın “Heç sənçün də ölən yoxdur” şeirini təqdim edir.


Heç sənçün də ölən yoxdur

Dünya keçib məndən gedir,
Mənə sarı gələn yoxdu.
Ölüm, gəlmirsən, heç gəlmə,
Heç sənçün də ölən yoxdu.

Mənə sıxılan güllə də,
Eləcənə yandan gedər.
Ürəyim elə pas atıb,
Təkcə qızıl qannan gedər.

Allah, sən də bizə gəlmə,
Özüm özümdən getmişəm.
Mən ölüm, bir axtar məni,
Görək də harda itmişəm?

Vurmanı əzbər bilirsən,
Öyrən dərdi bölməyi də,
Min yol məni öldürəndə,
Bir yol mənnən ölməyi də...

Qaynar.info

view 1625 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news