Səni niyə belə sevdim?!-14 Fevral şeiri

Səni niyə belə sevdim?!-14 Fevral şeiri
calendar 14 fevral 2015
clock 11:28

Bu gün Sevgililər günüdür. Bu münasibətlə Vaqif Bayatlının “Səni niyə belə sevdim” şeirini təqdim edirik.

Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?

Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!

view 2881 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news