Tanınmış şair vəfat etdi

Tanınmış şair vəfat etdi
calendar 8 dekabr 2015
clock 10:01

Bərdədə yaşayan tanınmış el şairi Sərraf Şiruyə dünən dünyasını dəyişib.

Bu barədə Kulisə mərhumun yaxınları məlumat verib. Məlumat üçün bildirək ki, o, ağciyər xərçəngindən əziyyət çəkirdi.

Mərhum bu gün saat 12-də Bərdə rayonunun Yenidaşkənd kəndində dəfn olunacaq.

Qeyd edək ki, S. Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub.1992-1996-cı illərdə döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərib.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm”, “Məmməd Araz” və “H.B.Zərdabi” mükafatları laureatıdır.

Allah rəhmət eləsin

view 945 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news