Gənc yazar AYB-dən çıxdı

Gənc yazar AYB-dən çıxdı
calendar 11 yanvar 2016
clock 12:31

Gənc yazar Sevinc Mürvətqızı Azərbayvcan Yazıçılar Birliyindən istefa verib.

Bu barədə Kulisə S.Mürvətqızı özü məlumat verib. O, bildirib ki, bu gün istefa verməsi ilə bağlı bu təşkilata müraciət edib. İstefasının səbəblərini isə belə açıqlayıb: “Zahiri buxovlardan azad olmaq istəyirəm. Bəlkə, gec verilmiş qərardır, amma doğru qərardır.”

Xatırladaq ki, S.Mürvətqızı 2009-cu ildən AYB üzvü olub, prezidentin yazıçılara verdiyi xüsusi təqaüdə layiq görülüb, bir-neçə gün əvvəl uzun müddət müxbir işlədiyi “525-ci qəzet”dən də istefa verib.

view 936 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news