Gənc şairin imza günü olacaq

Gənc şairin imza günü olacaq
calendar 15 sentyabr 2016
clock 10:48

Sentyabrın 25-i, saat 16-da Seymur Sunun “Sentimentyabr” şeir kitabının imza günü keçiriləcək.

Müəllif bu kitabda son iki il ərzində yazdığı seçmə şeirləri toplayıb.

Kitabın ön söz müəllifi Səlim Babullaoğlu, redaktoru Amin Sükut, korrektoru Elvin Paşadır.

Xatırladaq ki, imza günü “Başla Cafe”-də keçiriləcək. (Xəqani Ticarət Mərkəzi, 4-cü mərtəbə, "English Time" kursları)

“Sentimentyabr” müəllifin ilk kitabıdır.

view 1093 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news