Şaiq Vəlinin kitabı çap olunub

Şaiq Vəlinin kitabı çap olunub
calendar 11 fevral 2014
clock 16:15

Azərbaycanın tanınmış şairi, ötən il fevralın 6-da dünyasını dəyişən Şaiq Vəlinin “Eşq və şərab” adlı şerlər kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

“Avrasiya Press” nəşriyyatında hazırlanan kitabın naşiri Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, redaktoru isə İbrahim İlyaslıdır.

Kitaba şairin müxtəlif illərdə yazdığı şeirəri daxil edilmişdir.

Yaxın günlərdə kitabın təqdimatı olacaq.

Şaiq Vəli 1950-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində doğulub. 1993-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib. 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1983-cü ildə “Dünyanın sahili” adlı ilk şeirlər kitabı nəşr olunub.

view 1399 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news