Gənc şairin kitabı təqdim olundu

Gənc şairin kitabı təqdim olundu
calendar 12 may 2016
clock 15:44

Bu gün saat 14-də, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc şair Ramil Məzilinin “Kimsə bilməsin” şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Kulis.Az-ın məlumatına görə, tanınmış qələm adamlarının, media nümayəndələrinin və oxucuların qatıldığı tədbiri giriş sözü ilə yazıçı, millət vəkili Aqil Abbas açıb.

Daha sonra aparıcı Əsəd Cahangir sözü şair Elçin Mirzəbəyliyə verib.

Oqtay Rza, Fəranə Mehdiyeva və digər qələm adamları da çıxış edərək müəllif və onun yeni çap olunmuş kitabı barədə ürək sözlərini söyləyib, şeirlərinin özəl xüsusiyyətlərindən danışıblar.

view 1013 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news