Rasim Balayev haqda kitab çıxdı

Rasim Balayev haqda kitab çıxdı
calendar 14 aprel 2017
clock 15:21

Azərbaycanın görkəmli kino aktyoru, Xalq artisti Rasim Balayevin yaradıcılığı barədə kitab işıq üzü görüb.

“Səmimiyyətin qəm nuru” adlanan kitabın müəllifi professor İlham Rəhimlidir.

Kulis.azın verdiyi xəbərə görə, müəllif aktyorun zəngin ekran yaradıcılığının poetika səciyyələrini, onun estetik prinsiplərini elmi-nəzəri təhlil süzgəcindən keçirib. Kitabın dili çox orijinal, oxunaqlı və səmimidir.

Aktyorun yaradıcılığında parlaq sənət nailiyyətləri olan Nəsimi (“Nəsimi”), Babak (“Babək”), Beyrək (“Dədə Qorqud”) rollarının yaradıcılıq prinsipləri son dərəcə maraqlı forma-üslubda təhlilə çəkilib.

İlham Rəhimlinin öz tərtibat-dizaynında çap olunmuş kitabda Rasim Balayevin müxtəlif filmlərindən kadrlar, həyati şəkillər verilib.

Rasim, kiab-Foto.jpg görüntüleniyor

view 1258 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news