Qandi haqqında kitab çap olundu

Qandi haqqında kitab çap olundu
calendar 21 aprel 2017
clock 11:57

Milli Fikir Mərkəzi tərəfindən Azərbaycanda ilk dəfə məşhur filosof Dhirenda Mohan Dattanın Mahatma Qandi haqqında yazdığı kitab tərcümə olunub.

Kulis.Azın verdiyi məlumata görə, kitabda Hindistanın ruhani və siyasi lideri olan Mahatma Qandinin həyat və yaradıcılıq fəlsəfəsi, yazdığı kitablar, Hindistanın azadlığı üçün başlatdığı hərəkata ruhani baxış və liderlik xüsusiyyətləri barədə məlumatlar yer alır.

Kitabın ikinci hissəsi isə Mahatma Qandinin müxtəlif qəzetlərdə və kitablarında yazdığı məqalələrdən ibarətdir.

Xatırladaq ki, Kitabıstan yayınları tərəfindən nəşr olunan "Qandinin liderlik fəlsəfəsi" Etatizm Akademiyası seriyasından çap olunan üçüncü kitabdır.

Kitabın təqdimatı aprelin 29-da saat 14.00-da Milli Fikir Mərkəzinin ofisində keçiriləcək.

Təqdimata media nümayəndələri, ictimai simalar da dəvətlidir.

Kitabın qiyməti 6 AZN-dir.

view 964 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news