Azərbaycanda daha bir şair intihar etdi

Azərbaycanda daha bir şair intihar etdi
calendar 24 aprel 2017
clock 09:54

Şair, iş adamı Niyaz Əsgərov bu gün səhər saatlarında Cəlilabad rayonunun Sabirabad kəndində intihar edib. Kulis.az Kult.az-a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü N.Əsgərov iş adamı kimi Bakıda böyük biznes şəbəkəsinə sahib olub.

Əmisi oğlu, hüquqşünas Elxas Əsgərovun bildirdiyinə görə, maddi baxımdan çox imkanlı iş adamlarından olan N.Əsgərov ötən gün axşam saatlarında ata evlərinə - Cəlilabadın Sabirabad kəndinə gedib və həyətlərindəki yardımçı tikilidə özünü asıb.

Sakit təbiətli, imkanlı şəxs olan N.Əsgərovun intihar səbəbi bilinmir.

Hadisə ilə bağlı Cəlilabad Prokurorluğunda araşdırma aparılır.

view 1013 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news