Orxan Pamuk fəxri doktor seçildi

Orxan Pamuk fəxri doktor seçildi
calendar 14 may 2018
clock 10:40

Yunanıstanın Krit Universiteti Orxan Pamuku “fəxri doktor” elan etdi.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, universitetin ədəbiyyat və fəlsəfə fakültəsində keçirilən tədbirdə Orxan Pamuka fəxri doktor adı verilib.

Orxan Pamuk tədbirdə bunları söyləyib:

“İnsanlar mənə niyə yazırsan deyə soruşanda, yazmaq ehtiyacım olduğu üçün yazıram deyirəm. Kağızın qoxusunu sevdiyim üçün yazıram. Yazmaq məni xoşbəxt edir”.

Universitet rəhbərliyinin sözlərinə görə, fərqli xalqların və fərqli mədəniyyətlərin bir-birini anlamasına köməkçi olduğu üçün Orxan Pamuka fəxri doktor adı verilib.

view 1142 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news