Kafkanın yeni əsərləri üzə çıxdı

Kafkanın yeni əsərləri üzə çıxdı
calendar 18 aprel 2019
clock 16:43

Frans Kafkanın çap olunmamış əsərləri işıq üzü görəcək.

Kulis.az rus saytlarına istinadən xəbər verir ki, ədəbiyyat dünyasının ən önəmli yazıçılarından olan Frans Kafkanın nəşr olunmamış əsərləri gün işığına çıxacaq.

İsveçrənin Sürix şəhərindəki bölgə məhkəməsinin qərarına əsasən əlyazmalar İsrail Milli Kitabxanasına göndəriləcək.

Təhqiqatçılar Kafkanın ölümündən sonra nəşr olunan bəzi əsərlərin son variantlarının da həmin əlyazmaların içərisində olmasını güman edirlər.

Kafkanın ölümündən sonra dostu Maks Brod onun bir sıra əsərlərini çap etdirsə də, başqa əlyazmalarını katibəsi Ester Hoffeyə vermişdir. Bu isə İsrail dövlət rəsmiləri və Hoffenin mirasçıları arasında böyük məhkəmə çəkişmələrinə səbəb olmuşdu.

view 2340 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news