Məşhur şair qəbrindən çıxarılır

Məşhur şair qəbrindən çıxarılır
calendar 14 mart 2013
clock 11:50

1973-cü ildə prostat xərçəngindən dünyasını dəyişən çilili kommunist şair, Nobel mükafatı laureatıPablo Nerudanın Pinoçet rejimi tərəfindən öldürülməsi ilə bağlı iddiaların ortaya çıxmasından sonra qurulan məhkəmə ünlü şairin 8 apreldə qəbirdən çıxarılması barədə qərar verib.


Nerudanın Pinoçet rejimi tərəfindən zəhərlənməsi məsələsi gündəmə gələndən sonra Çili Kommunist Partiyasının rəhbəri Guillermo Teillier hadisənin araşdırılması üçün məhkəməyə müraciət etmişdi. İddialara görə, görkəmli şair həkimin vurduğu iynədən sonra infarkt olub. Nerudanın köməkçisi və şoferi Manuel Arraya da şairin Pinoçetin xəfiyyələri tərəfindən öldürüldüyünü demişdi.

Pablo Nerudanın zəhərlənib-zəhərlənmədiyi meyitin yarılmasından sonra müəyyənləşdiriləcək.

view 4145 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news