Məşhur yazıçı Harper Li vəfat edib

Məşhur yazıçı Harper Li vəfat edib
calendar 19 fevral 2016
clock 23:32

“Quşcığaza qıymayın” romanı ilə tanınan məşhur yazıçı Harper Li 89 yaşında vəfat edib. Kulisin türk mətbuatına istinadən verdiyi məlumata görə yazıçının ölüm xəbərini əsərlərini çap edən Harper Collins nəşriyyatı verib.

Li 1960-cı illərdə çap olunan “Quşcığaza qıymayın” romanı ilə Pulitzer mükafatı almışdı.

“Quşcuğaza qıymayın” əsəri ilə məşhurlaşan yazıçının növbəti əsəri bir də ötən ilin yaz aylarında çap olunub. “Go Set A Watchman” adlı əsər Liyə məşhurluq gətirən romanının davamı idi.

Dünyada 30 milyon nüsxə satılan “Quşcuğaza qıymayın” romanı bestsellerdir.

“Quşcığaza qıymayın” Rəna Şıxəliyevanın tərcüməsində 1972-ci ildə çap edilib.

view 1140 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news