Səfər Alışarlıdan yeni kitab gəldi

Səfər Alışarlıdan yeni kitab gəldi
calendar 3 iyul 2018
clock 10:00

Yazıçı Səfər Alışarlının yeni kitabı işıq üzü görüb.

Bu haqda Kulis.aza açıqlama verən yazıçı deyib ki, müxtəlif vaxtlarda yazdığı hekayələr daxil edilib.

“Quraq fəsillər” adı altında çıxan kitab mövzu rəngarəngliyilə seçilir. Bu hekayələrdə müəllifin həyata fərqli baxış prizması və reallığın təzahürlərinə özünəməxsus münasibəti aydın görünür. Dərin psixologizm, lakoniklik, predmetin mahiyyətinin parlaq metaforalarla ifadəsi və fraza ritminin bir an belə unudulmayan döyüntüsü Səfər Alışarlı nəsrinin önəmli cəhətlərindəndir.

Kitab “Qanun” nəşriyyatında çapdan çıxıb. "Quraq fəsillər" kitabını kitab mağazalarından əldə edə bilərsiniz.

view 1091 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news