Abdulla Şaiqin fransız soneti

Abdulla Şaiqin fransız soneti
calendar 16 may 2014
clock 12:50

Kulis.az əməkdar müəllim, TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti Nazim Nəsrəddinovun “Abdulla Şaiqin fransız soneti” yazısını təqdim edir.

Abdulla Şaiqin anım günündə yadıma "Məktəb məcmuəsi" dərgisinin yeganə nömrəsində ( "Məktəb məcmuəsi" dərgisi,1925, N1, səhifə 3.)-redaktor Şərif Manatov-dərc olunmuş bir şeir düşdü. Bu lirik şeir janrına görə SONETdir. Azərbaycan ədəbiyyatında H.Cavid, C.Cabbarlı, M.Müşfiq və digər şairlər sonet yazmağa cəhd göstərmişlər.

Sonet ən çox Avropa ölkələrində yayılmışdır. Həcmi 4 bənd olur, birinci və ikinci bəndlərinin hərəsində dörd misra olur. Şeirin sonrakı 2 bəndinin hərəsi 3 misra olur. Qafiyələnməsində müxtəliflik var. Yaranma məkanına və ən tanınmış nümayəndəsinə görə tanınan növləri var.

Fransız soneti ---------- abba abba ccd eed;

İtaliya soneti ------------- abab abab sds dsd;

Şekspr soneti ------------ abab sdsd efef gg

Dünyada sonet yazan çox olmuşdur: Halyada Yakopo, Padon Antonin, Vilyam Şekspir və başqaları.

Abdulla Şaiqin, sərlövhəsini "Centlmen bir xanəndəyə " kimi oxuduğumuz soneti belədir:

Nədir, nədir o gözəl səsdə titrəyən fəryad

Ki, hər təranəsi ruhumda bir fəğan oyatır?...

O hıçkırıklar , aman kimdən istəyir imdad

Ki, qəlbimin içini hər zaman qanatır..

***

Niçin, niçin dodağından uçan fəğanlardan

İçimdə dalğalanır pək acıqlı duyğu,kədər?..

Niçin, niçin o səni inlətən amanlardan

Önümdə canlanur bir yəğin səfil yüzlər?..

***

Niçin, niçin bu səfil fəğanlar "aman"lar həp anlat,

Zavallı xəlqimizin əksi dərd - ü matəmimi?..

O inlətən səni də ruhimi ya qan ğəmimi?..

***

Unut o keçmişi hayqırma bitsin əfğanlar,

Bir az da gurlasın artıq səsində üsyanlar,

Bir az da nəğmənə qüvvət, bir az da atəş qat!

Bu , fransız sonetləri qəlibindədir. Tədqiqatçılar, bəlkə də ərəb əlifbalı bu şeirin adını başqa cür oxuyacaqlar, xanəndənin kimliyindən söz açacaqlar. Yenə də...

Hər halda düşünməyə dəyər.

view 2236 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news