Tərcümə Mərkəzinin kataloqu 5 dildə

Tərcümə Mərkəzinin kataloqu 5 dildə
calendar 30 dekabr 2014
clock 11:44

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kataloqu nəşr olunub.

5 dildə (Azərbaycan, ingilis, rus, ərəb, türk) hazırlanmış kataloqda “1984-2014-cü illər arasında “Xəzər” dünya ədəbiyyatı jurnalında və “Yol” ədəbi-bədii qəzetində nəşr olunan ədəbiyyatlar, “Məktub və gündəliklər”, “Müsahibələr”, “Esse və məqalələr”, “Nobel məruzələri”, “Memuar ədəbiyyat”, “İlahi keçid” silsiləsindən tərcümələr, “Elmi-fəlsəfi ədəbiyyat” “Azərbaycan Tərcümə Mərkəzinin kitab nəşrləri” bölmələri yer alıb.

Kataloq Tərcümə Mərkəzinin fəaliyyəti, eləcə də Mərkəz tərəfindən Azərbaycan dilinə edilən tərcümələrlə tanış olmaq istəyən tərcüməçilər, bu sahəylə əlaqəli olan mütəxəssislər, həmçinin, tərcümə fakültələrinin tələbələri üçün nəzərdə tutulub.

view 973 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news